İraq prezidenti Ərbilə getdi | Kərkük ətrafında müzakirələr başlayır

2017/11/34534_1511955988.jpg
Oxunub: 496     19:30     29 Noyabr 2017    
İraq prezidenti Fuad Məsum danışıqlar aparmaq üçün Ərbilə gəlib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İraqın “Rudaw” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Məsum İraq Kürdüstanının liderləri ilə mübahisəli Kərkük vilayətinin qubernatoru barədə məsələni, həmçinin Bağdadla Ərbil arasında yaranan siyasi böhranı müzakirə etmək niyyətindədir.

Görüş zamanı Məsum qeyd edib ki, Kərkük qubernatoru vəzifəsi kürdlər tərəfindən seçilsə də, bu məsələ hələ müzakirə ediləcək.

Daha öncə İraq lideri Kərkük vilayətinə səfər edərək yerli əhalini regionun qubernatorunu seçməyə səsləyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kərkük   İraq  


Bizi "telegram"da izləyin